http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Makronun fikirlərinə görə Fransa səfiri XİN-ə çağırılıb

30 İyun 2023 , 15:45
Makronun fikirlərinə görə Fransa səfiri XİN-ə çağırılıb

30 iyun 2023-cü il tarixində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Fransa Prezidenti Emanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib.

Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirilməsi, Fransa prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun və müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.

Vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda E.Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.

OXŞAR XƏBƏRLƏR
Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

XƏBƏR LENTİ
  • 08:37

    Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər
  • 08:33

    Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
Menyu