Ötən gün Nərimanov rayonunun F.X.Xoyski küçəsində Tərtər rayon sakini R.Şahbazov idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu ilə yolu keçən Bakı şəhər sakini Rəhilə Zeynalovanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Hazırda faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.