Azərbaycanla sərhədyanı bölgədə Ermənistan əsgərinin meyiti aşkarlanıb
Operativ Media
Azərbaycanla sərhədyanı bölgədə Ermənistan ordusunun sıravi əsgəri Qraçi Karamyanın meyiti aşkarlanıb.
“Operativ Media” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.
Onun sözlərinə görə, 19 yaşlı, müddətli hərbi qulluqçu Qraçi Karamyanın ölüm səbəbi hələ ki məlum deyil.