Menyu

"BMW" və "Audi" rus dilerlərini öz proqram təminatından ayırıb

Nərmin Qocamanlı
"BMW" və "Audi" rus dilerlərini öz proqram təminatından ayırıb
1 dəq oxu

Alman avtomobil istehsalçıları "BMW" və "Audi" şirkətləri rus dilerlərini öz proqram təminatından ayırıb

"Operativ Media" xəbər verir ki, bu  barədə “İzvestiya” məlumat yayıb.

BMW proqram təminatı ilə əlaqənin kəsilməsi barədə məlumatı bu markanın Rusiyadakı ən böyük diler mərkəzi olan "BorisHof" təsdiqləyib.

Buna görə də, açarların surətini çıxarmaq mümkün deyil.

 "Başqa çətinliklər də var", - Təmir işçisi qəzetə bildirib.

Qeyd edək ki, analoji tədbirlər daha əvvəl "Mercedes-Benz" tərəfindən də həyata keçirilib.

Əlaqəli Xəbərlər