http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycanın Baş Prokurorluğu Karen Matevosyana cinayət işi açıb

22 Avqust 2023 , 10:09
Azərbaycanın Baş Prokurorluğu Karen Matevosyana cinayət işi açıb

Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təqdim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslərə səslənərək həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil “Artsax Respublikası” kimi adlandırması, ərazimizdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan “Yerli özünü müdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləşmənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, həmin silahlı birləşmə və qrupların fəaliyyətində iştirak etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qarşı nifrət məzmunlu çıxışlar etməsi, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq Azərbaycan xalqının milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə aşkar surətdə internet informasiya resurslarından istifadə etməklə milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi müəyyən edilib.

Qeyd olunanlara əsasən avqustun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
Pərviz Şahbazov Serbiyaya səfər edib

Pərviz Şahbazov Serbiyaya səfər edib

Rizvan Nəbiyev: Faşist Almaniyasının kapitulyasiyası ilə bağlı tarixi müqayisə regiondakı mövcud siyasi-hüquqi reallıqdan irəli gəlir

Rizvan Nəbiyev: Faşist Almaniyasının kapitulyasiyası ilə bağlı tarixi müqayisə regiondakı mövcud siyasi-hüquqi reallıqdan irəli gəlir

Əli Əsədov Belarusun fövqəladə hallar naziri ilə görüşüb

Əli Əsədov Belarusun fövqəladə hallar naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 17:19

    Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq
  • 17:11

    “LC Waikiki”nin Azərbaycandakı rəsmi nümayəndəsi məhkəmədə iddia qaldırıb
  • 17:09

    "Araz-Naxçıvan" - "Səbail" matçı Sumqayıtda keçiriləcək
  • 17:08

    Sabiq şöbə rəisləri Mahir Şirvanov və Məlikməmməd Qurbanov barəsində hökmlərdən apellyasiya protesti verilib
  • 17:06

    AAYDA: Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır
  • 16:52

    Pərviz Şahbazov Serbiyaya səfər edib
  • 16:46

    Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığının perspektivləri müzakirə olunub
  • 16:42

    Rizvan Nəbiyev: Faşist Almaniyasının kapitulyasiyası ilə bağlı tarixi müqayisə regiondakı mövcud siyasi-hüquqi reallıqdan irəli gəlir
Menyu