Menyu

Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib, iki hərbçimiz yaralanıb

Nərmin Qocamanlı
Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib, iki hərbçimiz yaralanıb
1 dəq oxu

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.

Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Əlaqəli Xəbərlər