02 Oktyabr 2022, 13:02
Baş Prokurorluq: Xocavənddə minaya düşən şəxslə bağlı araşdırma aparılır
Xocavənddə fəhlənin minaya düşməsi ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media" ya verilən məlumata görə, oktyabrın 2-si saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində 2002-ci il təvəllüdlü Rasif Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.