http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İƏT nümayəndə heyətinin Füzuliyə səfəri başa çatıb (YENİLƏNİB)

03 Sentyabr 2023 , 14:26
İƏT nümayəndə heyətinin Füzuliyə səfəri başa çatıb (YENİLƏNİB)

Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Füzuli rayonuna səfəri başa çatıb.

"Operativ Media" xəbər  verir ki, qonaqlar ilk olaraq Qarabağ müharibəsi zamanı ermənilərin dağıtdığı Qaraxanbəyli məzarlığına baş çəkiblər. Ombudsman Aparatının əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonunun Qaraxanbəyli məzarlığında törədilən vandallıq aktı barədə qonaqlara məlumat verilib. Bildirib ki, Qaraxanbəyli kəndi birinci Qarabağ müharibəsində işğal olunub. İşğal müddətində qəbirlər dağıdılıb, meyitlər qəbirdən çıxarılaraq təhqir olunub, məzar daşları isə ərazidən daşınıb.

Səfərin davamında İƏT MDİHK nümayəndə heyətinin ikinci dayanacaqları məkan Mersinli kənd məscidi olub.

Qonaqlara məlumat verilib ki, Merdinli kəndindəki məscid Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid öz tarixi memarlıq üslubu ilə seçilib. Məscidin memarı Qarabağ ərazisində bir neçə məscidin, həmçinin Şuşa şəhərindəki Yuxarı Göhər Ağa məscidinin memarı olub. Məscid barədə qonaqlara məlumat verilərkən, işğal dönəmində ermənilərin burada mal-qara saxlayaraq tövlə kimi istifadə etmələri xüsusilə vurğulanıb. Məscidlərdə donuz və mal-qara saxlanılmasının isə ermənilərin azərbaycanlıların dini inancına qarşı yönələn nifrətdən irəli gəldiyi vurğulanıb.

İƏT MDİHK nümayəndə heyətinin üzvləri Füzuli rayonuna səfərləri zamanı işğaldan azad edildikdən sonra, inşa edilən Füzuli Beynəlxalq Hava Limanında da olublar.

Qonaqlara məlumat verilib ki, Füzuli işğaldan azad edildikdən sonra, Füzuli Beynəlxalq Hava Limanı minatəmizləmə işləri də daxil olmaqla 8 ay ərzində, müasir tələblərə cavab verən səvyyədə inşa edilib. O da qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə 3 beynalxaq hava limanı inşa edilib. Bunlardan 2-i - Füzuli və Zəngilan beynəlxalq hava limanlari istifadəyə verilib. Laçın beynəlxalq hava limanında isə son tamamlama işləri aparılır.

Qonaqlar Füzuli şəhərinin işğal zamanı ermənilər tərəfindən dağıdılmış mənzərəsi ilə də tanış olublar. Burada qonaqlara şəhər barədə ümumi məlumat verilib. Yer üzündən silinən şəhərdə əhalinin sayı, tikililəri və qədim abidələri barədə məlumat verilib.

İƏT MDİHK nümayəndə heyəti səfərlərinin yekununda 30 ildən sonra, işğaldan azad edilən Füzuli şəhərində inşa edilən evlərə köçürülən sakinlərlə görüş keçirib.//Report//

*** 12:42

Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya keçirmək məqsədilə Füzuliyə səfər edib.

"Operativ Media" xəbər verir ki, nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.

Nümayəndə heyətinin səfərinin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.//Report//

OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH

Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH

Mher Qriqoryan: Ermənistan-Rusiya münasibətlərində problemlər var

Mher Qriqoryan: Ermənistan-Rusiya münasibətlərində problemlər var

Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

XƏBƏR LENTİ
  • 11:14

    Müdafiə Nazirliyinin rəhbər heyəti Anım Günündə Zəfər parkında olub
  • 11:10

    Məhkəmə valyuta tənzimi qaydalarını pozan şirkətə cərimə kəsib
  • 11:08

    Azərbaycan UEFA reytinqində gerilədi
  • 11:06

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib
  • 10:48

    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
    Vətən müharibəsi regionda atmosferi tamamilə dəyişərək, yeni reallıqlar yaradıb - ŞƏRH
  • 10:34

    İranda 193 nəfərdə Denge virusu aşkarlanıb
  • 10:22

    Mher Qriqoryan: Ermənistan-Rusiya münasibətlərində problemlər var
  • 10:17

    Qaraçuxur qəsəbəsində evdən 17 700 manat pul oğurlanıb
Menyu