Menyu

Azərbaycan XİN mərakeşə başsağlığı verib

Nərmin Qocamanlı
Azərbaycan XİN mərakeşə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi güclü zəlzələ nəticəsində çoxlu sayda ölümün qeydə alınması ilə bağlı Mərakeşə başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin  "X" hesabında bildirilib.

"Mərakeşdə baş verən zəlzələ nəticəsində insan tələfatı bizi dərindən kədərləndirdi. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına tezliklə şəfa diləyirik. Bizim dəstəyimiz Mərakeş hökuməti və xalqı ilədir", paylaşımda qeyd olunub.

Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 6.8 bal gücündə zəlzələ olub. İndiyə qədər 632 nəfərin öldüyü, 329 nəfərin xəsarət aldığı bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər