Beyləqan Rayon Polis Şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, Oktyabrın 1-də saat 19 radələrində Beyləqan rayonunun Qaradağlı kəndi ərazisində rayon sakini Müşfiq Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Kamal Mehdiyev isə xəstəxanada ölüblər.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.