Menyu

Xankəndi və Xocalıya yüksək sürətli internet verilib

Redaksiya
Xankəndi və Xocalıya yüksək sürətli internet verilib

"Aztelekom" MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün əsas internet infrastrukturunu istismara verir.  

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, artıq Xankəndi və Xocalı əraziləri genişzolaqlı internet şəbəkəsi ilə təmin edilib. 

Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49 faizini təşkil edir və cari ilin sonuna bu göstəricinin 60 faizə çatdırılması hədəflənib.

Teqlər:

"Xank\u0259ndi v\u0259 Xocal\u0131ya y\u00fcks\u0259k s\u00fcr\u0259tli internet verilib"

Əlaqəli Xəbərlər