Menyu

HƏMAS İsrailin şimalındakı yaşayış məntəqələrinə 30 raket zərbəsi endirib

HƏMAS İsrailin şimalındakı yaşayış məntəqələrinə 30 raket zərbəsi endirib

HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının döyüşçüləri Livanın cənubundan İsrail ərazisinə doğru 30 raket atıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə qrupun "Telegram" kanalında bildirilib.

"Raket atəşi Nahariya və Şlomi yaşayış məntəqələrinə doğru həyata keçirilib", - mətndə deyilir.

HƏMAS-ın raket hücumu ilə bağlı İsrail komandanlığından məlumat verilməyib. Lakin İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Livanla sərhədə yaxın yerləşən Betzet, Hanita və Şlomi yaşayış məntəqələrində bir neçə dəfə hava hücumu sirenləri səslənib. 

Teqlər:

"H\u018fMAS \u0130srailin \u015fimal\u0131ndak\u0131 ya\u015fay\u0131\u015f m\u0259nt\u0259q\u0259l\u0259rin\u0259 30 raket z\u0259rb\u0259si endirib"

Əlaqəli Xəbərlər