Menyu

Lukaşenko Belarusun Ukrayna və Estoniyadakı səfirlərini istefaya göndərib

Lukaşenko Belarusun Ukrayna və Estoniyadakı səfirlərini istefaya göndərib

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın Ukrayna və Estoniyadakı səfirlərini istefaya göndərib. 

"Operativ Media" xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısı Aleksandr Lukaşenko İqor Sokolu Belarusun Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, Vyaçeslav Kaçanovu Belarusun Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən azad edib", - deyə məlumatda bildirilir.

Cümə axşamı dövlət başçısı diplomatların tutduqları vəzifələrdən azad edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

İqor Sokol 2016-cı ilin iyun ayından Belarusun Ukraynadakı səfiri vəzifəsində çalışır. Vyaçeslav Kaçanov isə 2018-ci ilin mayından Belarusun Estoniyadakı səfirliyinə rəhbərlik edir. 

Teqlər:

"Luka\u015fenko Belarusun Ukrayna v\u0259 Estoniyadak\u0131 s\u0259firl\u0259rini istefaya g\u00f6nd\u0259rib"

Əlaqəli Xəbərlər