Menyu

BMT-nin baş katibi: Qəzza zolağına kömək üçün daimi səylər lazımdır

BMT-nin baş katibi: Qəzza zolağına kömək üçün daimi səylər lazımdır

"Kiçik addımlar Qəzza zolağının sakinlərini lazımi humanitar yardımla təmin etməyəcək, bunun üçün davamlı səylər lazımdır". 

"Operativ Media" xəbər verir ki, bu fikri Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar Misirə gələn BMT-nin baş katibi Antonio Quterreş deyib.

"Qida, su, dərman və yanacağa ehtiyac var. Bu, böyük miqdarda və davamlı olaraq atılan addıma çevrilməlidir. Qəzza sakinlərinə humanitar yardımın çatdırılması üçün daimi səylər tələb olunur", - o bildirib.

Quterreş yenidən atəşkəsə çağırıb və xatırladıb: "Az qala iki həftədir ki, Qəzza əhalisi yanacaq, qida, su, dərman və digər zəruri mallar almayıb. Təchizatlar tükənir, insanlar ölür". 

Teqlər:

"BMT-nin ba\u015f katibi: Q\u0259zza zola\u011f\u0131na k\u00f6m\u0259k \u00fc\u00e7\u00fcn daimi s\u0259yl\u0259r laz\u0131md\u0131r"

Əlaqəli Xəbərlər