Pentaqon: Çinin nüvə potensialının artım tempi əvvəlki təxminləri üstələyib
"Pekinin 2022-ci ildə nüvə genişlənməsini davam etdirib".
"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqonun Çinin hərbi və təhlükəsizlik inkişaflarına dair illik hesabatında qeyd edilib.
"Müdafiə Nazirliyi Çinin 2023-cü ilin may ayına kimi 500-dən çox operativ nüvə başlığına malik olduğunu təxmin edir ki, bu da əvvəlki təxminləri üstələyir", - hesabatda deyilir.
Hesabatda Çinin nüvə başlıqlarının sayının 2030-cu ildə 1000-ə çatacağı və 2035-ci ilə qədər nüvə potensialının gücünü artırmağa davam edəcəyi proqnozlaşdırılır.
Hesabatda həmçinin qeyd olunub ki, Çin quru, dəniz və havadan nüvə çatdırılması sistemlərinin inventarını artırıb.
Amerika Alimləri Federasiyası bildirir ki, ABŞ-də təxminən 3700 nüvə başlığı, Rusiyada isə 1550 nüvə silahı var.
Teqlər:
"Pentaqon: \u00c7inin n\u00fcv\u0259 potensial\u0131n\u0131n art\u0131m tempi \u0259vv\u0259lki t\u0259xminl\u0259ri \u00fcst\u0259l\u0259yib"