Menyu

Roma Papası Dünya Yəhudi Konqresinin prezidentini qəbul edib

Roma Papası Dünya Yəhudi Konqresinin prezidentini qəbul edib
1 dəq oxu

Roma Papası Fransisk sədr Ronald Lauderin başçılıq etdiyi Dünya Yəhudi Konqresinin nümayəndə heyətini qəbul edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Vatikanın mətbuat xidmətinin rəhbəri Matteo Bruni bildirib ki, bu görüş sentyabrın əvvəlində planlaşdırılıb.

Fələstin-İsrail münaqişəsi kəskinləşməyə başlayandan bəri Fransisk dəfələrlə zorakılığı dayandırmağa, HƏMAS-ın götürdüyü girovları azad etməyə çağırıb, həmçinin Qəzza zolağındakı humanitar vəziyyətdən dərin narahatlığını bildirib. 

Əlaqəli Xəbərlər