Menyu

İzmir sahillərində 79 qeyri-qanuni mühacir xilas edilib

İzmir sahillərində 79 qeyri-qanuni mühacir xilas edilib

Türkiyənin İzmir vilayətinin Seferihisar və Çeşmə rayonları sahillərində yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 79 qeyri-qanuni mühacir xilas edilərək sahilə çıxarılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. 

Məlumata görə, Seferihisar sahillərində rezin qayıqda bir qrup immiqrant olduğu xəbəri alan qruplar bölgəyə yönəldilib.

Qruplar Yunan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan rezin qayıqda olan 45 immiqrantı xilas edib.

Çeşmə rayonu sahillərində də 34 immiqrant xilas edilərək sahilə çıxarılıb.

Teqlər:

"\u0130zmir sahill\u0259rind\u0259 79 qeyri-qanuni m\u00fchacir xilas edilib"

Əlaqəli Xəbərlər