Menyu

Türkiyə Qəzza zolağına humanitar yardım göndərəcək

Türkiyə Qəzza zolağına humanitar yardım göndərəcək

Ankara Qahirə ilə razılaşaraq, bazar günü səhər Qəzza zolağının sakinləri üçün humanitar yardım daşıyan təyyarə göndərəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

"Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsus təyyarə Qəzzaya kömək etmək üçün dərman və tibbi ləvazimatlarla Misirə uçacaq. Təyyarənin göyərtəsində 20 mütəxəssisdən ibarət həkim qrupu olacaq", - nazir qeyd edib.

O bildirib ki, Qəzza sakinlərinin hansı dərman və avadanlıqlara ehtiyacı olduğunu müəyyən etmək üçün Misir Səhiyyə Nazirliyinin rəhbəri ilə göndərilməyə hazır olan həkimlərin məsləhətləşmələri barədə razılığa gəlib.

Teqlər:

"T\u00fcrkiy\u0259 Q\u0259zza zola\u011f\u0131na humanitar yard\u0131m g\u00f6nd\u0259r\u0259c\u0259k"

Əlaqəli Xəbərlər