Menyu

Ukrayna: Rusiyanın raket hücumu nəticəsində 6 nəfər ölüb

Ukrayna: Rusiyanın raket hücumu nəticəsində 6 nəfər ölüb

Rusiya tərəfindən gecə saatlarında Ukraynanın Xarkov vilayətində poçt terminalına raket hücumu edilib. Hücum nəticəsində 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarkov vilayətinin Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov sosial media hesabında açıqlama yayıb.

Açıqlamada Rusiya ordusunun gecə saatlarında Xarkov vilayətindəki “Novaya Poçta (Yeni poçt)” terminalını raketlə vurduğu bildirilib.

Hücum nəticəsində 6 nəfərin öldüyünü, 14 nəfərin yaralanaraq xəstəxanalara yerləşdirildiyini deyən S.Sinequbov yaralananların bəzilərinin vəziyyətinin ağır olduğunu və hər cür tibbi yardımın göstərildiyini diqqətə çatdırıb.

Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında verdiyi açıqlamada poçt terminalının adi mülki obyekt olduğunu və Rusiyaya təzyiqlərin artırılmasının lazım olduğunu vurğulayıb.

Teqlər:

"Ukrayna: Rusiyan\u0131n raket h\u00fccumu n\u0259tic\u0259sind\u0259 6 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər