Menyu

ABŞ və Cənubi Koreya sualtı qayıqlara qarşı təlimlər keçirib

ABŞ və Cənubi Koreya sualtı qayıqlara qarşı təlimlər keçirib

Koreya Respublikası və ABŞ Hərbi Dəniz Qüvvələri Quam adası yaxınlığında sualtı qayıqlara qarşı təlimlər keçirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

"Silent Shark" adlanan təlim oktyabrın 6-dan 22-dək baş tutub. Agentlik qeyd edib ki, təlimlər Şimali Koreyadan gələn təhdidlər fonunda müttəfiqlərin sualtı qayıqlarla döyüşə hazırlığını artırmaq üçün nəzərdə tutulub. 

Sentyabrın əvvəlində Kim Çen İnin iştirakı ilə taktiki nüvə silahı ilə təchiz edilmiş "Hero Kim Gun Ok" sualtı qayığının suya buraxılması mərasimi keçirilib. O bildirib ki, hakimiyyət ən yeni sualtı qayığın nümunəsi ilə mövcud olan bütün ağır sualtı qayıqları modernləşdirməyi və onları nüvə silahı ilə təchiz etməyi planlaşdırır.

Bundan əlavə, Yonhap-ın mənbələrə istinadən verdiyi məlumata görə, oktyabrın 22-də nüvə silahı daşımağa qadir olan Amerikanın B-52 bombardmançı təyyarəsinin iştirakı ilə Koreya yarımadası üzərində Koreya, ABŞ və Yaponiya Hərbi Hava Qüvvələrinin birgə təlimləri gözlənilir. Üçtərəfli hərbi hava qüvvələri təlimi Koreya yarımadası regionunda ilk olacaq.

Teqlər:

"AB\u015e v\u0259 C\u0259nubi Koreya sualt\u0131 qay\u0131qlara qar\u015f\u0131 t\u0259liml\u0259r ke\u00e7irib"

Əlaqəli Xəbərlər