Kolumbiyanın 18 əsgəri silahlı qrup tərəfindən qaçırılıb
Kolumbiyanın mərkəzi bölgəsində torpaq tədqiqatları aparan 18 əsgər qaçırılıb. Belə ki, Quaviare inzibati bölgəsindəki San Xorxe kəndində xidmət edən əsgərlər naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkə ordusu məlumat yayıb.
Ordudan verilən açıqlamada, əsgərlərin təhlükəsiz şəkildə xilas edilməsi üçün işlərin aparıldığı ifadə edilib: "Təhlükəsizlik qüvvələrinə qarşı şifahi və fiziki hücumun ardından 18 əsgər zorla nəzarətə alındı".
Açıqlamada əsgərlərin xilas edilməsi üçün bölgəyə əlavə qüvvələrin göndərildiyi, şəxsi heyətin təhlükəsiz çatdırılması üçün icma rəhbərləri ilə görüş keçiriləcəyi bildirilib.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Qeyd edək ki, bölgədə silahlı qruplaşmalar olduğundan zaman-zaman ordu mənsublarına qarşı hücumlar edilir.
Teqlər:
"Kolumbiyan\u0131n 18 \u0259sg\u0259ri silahl\u0131 qrup t\u0259r\u0259find\u0259n qa\u00e7\u0131r\u0131l\u0131b"