Rusiya XİN: Ermənistan Rusiyanın Qapanda Baş Konsulluq açmasını dəstəkləyir
"Ermənistan münasibətlərdəki gərginliyə baxmayaraq, əvvəlki kimi, Rusiyanın Qapanda Baş Konsulluğunun yaradılması planlarını dəstəkləyir".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov bildirib.
"Rusiyanın Kapanda Baş Konsulluğunun yaradılması ilə bağlı planlarda heç bir dəyişiklik baş verməyib. Ermənistan tərəfinin razılaşması qüvvədə qalır", - diplomat qeyd edib.
Klimov söz verib ki, idarənin işə başlama tarixləri barədə əlavə məlumat veriləcək.