Menyu

Qəzza zolağında eskalasiya başlayandan bəri 4,6 mindən çox insan ölüb

Qəzza zolağında eskalasiya başlayandan bəri 4,6 mindən çox insan ölüb

Oktyabrın 7-dən bəri Qəzza zolağında 4600-dən çox insan ölüb, daha 14200 nəfər yaralanıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Departamentin səhifəsində dərc olunan bəyanatda deyilir: 

"Qəzzada münaqişə başlayandan bəri qurbanların ümumi sayı 4651 nəfərə çatıb, o cümlədən 1873 uşaq, 1023 qadın və 187 qoca ölüb, daha 14245 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb".

Əlaqəli Xəbərlər