Menyu

Qəzzadakı qaçqın düşərgəsində 13 nəfər həlak olub

Qəzzadakı qaçqın düşərgəsində 13 nəfər həlak olub

Qəzza zolağında qaçqın düşərgəsinin atəşə tutulması nəticəsində 13 nəfər həlak olub.

"Operativ Media" nın məlumatına görə, bu barədə "WAFA" agentliyi xəbər verib.

Məlumata əsasən, Qəzza zolağının şimalındakı Cəbəliyyə şəhərindəki qaçqın düşərgəsində iki yaşayış binası və bir alban məscidi atəşə tutulub.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Teqlər:

"Q\u0259zzadak\u0131 qa\u00e7q\u0131n d\u00fc\u015f\u0259rg\u0259sind\u0259 13 n\u0259f\u0259r h\u0259lak olub"

Əlaqəli Xəbərlər