Humanitar yardım daşıyan 20 yük maşını Misirdən Qəzza zolağına yola düşüb
Humanitar yardım daşıyan 20 yük maşını Misirdən Rəfah keçid məntəqəsindən keçərək Qəzza zolağına gedib.
"Operativ Media" xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
"Humanitar təşkilatlardan olan həmkarlarımız bu gün humanitar yardımla dolu 20 yük maşınının Rəfah keçid məntəqəsi vasitəsilə Misirdən Qəzza zolağına yola düşdüyünü bildirdilər.
Humanitar yardım karvanlarının başlamasından sonra cəmi üç gün ərzində 54 yük maşını Qəzza zolağına yollanıb. Bu, okeanda bir damladır. Məncə, hər gün Qəzza zolağına adətən təxminən 450 yük maşını gedirdi", - deyə Dujarrik əlavə edib.