Menyu

Birləşmiş Ştatlar: İran ABŞ əsgərlərinə hücum edən bazaları dəstəkləyir

Birləşmiş Ştatlar: İran ABŞ əsgərlərinə hücum edən bazaları dəstəkləyir

ABŞ administrasiyası hesab edir ki, İran Suriya və İraqda ABŞ hərbçilərinin yerləşdiyi bazalara hücum edən qruplara yardım edir. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Son bir neçə gündə biz həmçinin İranın dəstəklədiyi qüvvələr tərəfindən İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi hərbi bazalara raket və dron hücumlarının artdığını gördük. Biz bu kimi addımların əhəmiyyətli dərəcədə artması ehtimalından dərin narahatıq", - diplomat qeyd edib.

"Bilirik ki, bu qruplar İslam İnqilabı Keşikçiləri Korpusu və rejimin dəstəyinə malikdir. Biz İranın HƏMAS və Hizbullaha dəstəyini davam etdirdiyini bilirik. Və biz bilirik ki, Tehran bu hadisələri yaxından izləyir və bəzi hallarda bu hücumlara fəal kömək edir və onları təşviq edir", - Kirbi əlavə edib.

Teqlər:

"Birl\u0259\u015fmi\u015f \u015etatlar: \u0130ran AB\u015e \u0259sg\u0259rl\u0259rin\u0259 h\u00fccum ed\u0259n bazalar\u0131 d\u0259st\u0259kl\u0259yir"

Əlaqəli Xəbərlər