Menyu

Yaxın Şərqdən yüz minlərlə amerikalı təxliyə edilə bilər

Əziz Əzizli
Yaxın Şərqdən yüz minlərlə amerikalı təxliyə edilə bilər

Qəzza zolağında İsrail və HƏMAS qruplaşması arasında müharibə dayanmasa, yüz minlərlə Amerika vətəndaşı Yaxın Şərqdən təxliyə ediləcək.

“Operativ Media” xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin administrasiyası məlumat yayıb.

Məlumata görə, indiki vəziyyətdə təkcə İsraildə deyil, həm də qonşu Livanda yaşayan ABŞ vətəndaşları xüsusi narahatlıq doğurur. Bildirilib ki, İsrailə güclü ictimai dəstəyə baxmayaraq, administrasiya mürəkkəb logistika səbəbindən evakuasiya perspektivindən narahatdır.

ABŞ Dövlət Departamentinin hesablamalarına görə, HƏMAS-ın İsrailə hücumu zamanı yəhudi dövlətində təxminən 600 min, Livanda isə 86 min ABŞ vətəndaşı var idi.

 

Gözəl Həşimova

Teqlər:

"Yax\u0131n \u015e\u0259rqd\u0259n y\u00fcz minl\u0259rl\u0259 amerikal\u0131 t\u0259xliy\u0259 edil\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər