Menyu

Rusiyada Ermənistan vətəndaşlarının sürücülük vəsiqələri tanınmayacaq

Rusiyada Ermənistan vətəndaşlarının sürücülük vəsiqələri tanınmayacaq

Rusiya Dövlət Duması Ermənistan vətəndaşlarının Rusiyada sahibkarlıq və əmək fəaliyyəti üçün sürücülük vəsiqələrinin tanınmasını müddətsiz təxirə salıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya parlamentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət Dumasının bu qərarı ilk növbədə Ermənistanda rus dilinin statusa malik olmaması ilə izah olunub.

Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında münasibətlər son zamanlarda Ermənistanın baş naziri Nikol Paşinyanın Qərb yönümlü siyasəti və anti-Rusiya bəyanatları olduqca gərginləşib.

 

Belə ki, Paşinyan Rusiyanı Ermənistana qarşı "hibrid müharibə" aparmaqda və ölkədə hakimiyyəti devirmək cəhdində ittiham edib.

Gərginləşən münasibətlərin fonunda həmçinin, Ermənistanda Rusiya telekanallarının yayımlanmasının qadağan olunması məsələsi də müzakirə olunur. Belə ki, Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Lusine Badalyan Rusiya telekanallarının "anti-Ermənistan" xarakterli olduğunu və Ermənistanın təhlükəsizliyini təhdid etdiyini bildiirb.

Teqlər:

"Rusiyada Erm\u0259nistan v\u0259t\u0259nda\u015flar\u0131n\u0131n s\u00fcr\u00fcc\u00fcl\u00fck v\u0259siq\u0259l\u0259ri tan\u0131nmayacaq"

Əlaqəli Xəbərlər