Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Görüş zamanı iki lider İsrail və Fələstin arasında gərginləşən münaqişənin gedişatını və regionda humanitar böhranı müzakirə ediblər.
Fələstin torpaqlarına qarşı vəhşiliyin dərinləşdiyinə, hər keçən dəqiqə mülki ölümlərin artdığına diqqət çəkən prezident Ərdoğan, Qərb dövlətlərinin susqunluğunun Qəzzada humanitar böhranı qaçılmaz həddə çatdırdığını bildirdi.
Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığın təmin olunması üçün bundan sonra da hər cür səy göstərəcəyini vurğulayıb.
Teqlər:
"\u018frdo\u011fan v\u0259 Putin aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"