Menyu

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük protokolunu nəzərdən keçirə bilər

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük protokolunu nəzərdən keçirə bilər

İsveçin Şimali Atlantika Alyansına (NATO) üzvlüyü ilə bağlı protokola yaxın vaxtlarda Türkiyə Böyük Millət Məclisində baxıla bilər. 

"Operativ Media" xəbər verir ki, bunu qanunverici orqanın spikeri Numan Kurtulmuş deyib.

"Qanun layihəsini Praqadan qayıtdıqdan sonra Xarici Əlaqələr Komissiyasına göndərəcəm. Ümid edirəm ki, o, ən qısa zamanda Parlamentin Baş Assambleyasına gedəcək və deputatlar öz qərarlarını verəcəklər", - deyə spiker qeyd edib.

Qeyd edək ki, çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç Türkiyə qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib və indi alyansın üzvü olmağa hazırdır. Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan krallığın NATO-ya daxil olması ilə bağlı protokolu parlamentə təqdim edib. 

Teqlər:

"T\u00fcrkiy\u0259 parlamenti \u0130sve\u00e7in NATO-ya \u00fczvl\u00fck protokolunu n\u0259z\u0259rd\u0259n ke\u00e7ir\u0259 bil\u0259r"

Əlaqəli Xəbərlər