Menyu

Quterreş HƏMAS-ın hücumlarını pisləyib

Quterreş HƏMAS-ın hücumlarını pisləyib

"HƏMAS yaraqlılarının oktyabrın 7-də İsrailə hücumunu birmənalı şəkildə pisləyirəm, lakin bunun boş yerə baş vermədiyini anlayıram".

"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

"Mən oktyabrın 7-də HƏMAS-ın İsraildə törətdiyi dəhşətli və görünməmiş terror aktlarını birmənalı şəkildə pislədim. Mülki əhalinin öldürülməsinə, yaralanmasına və qaçırılmasına, habelə mülki hədəflərə raketlərin atılmasına heç nə haqq qazandıra bilməz. Amma anlayıram ki, HƏMAS-ın hücumları heç nədən baş vermədi. Fələstin xalqı 56 ildir ki, işğal altında yaşayır", - Quterreş qeyd edib.

"Lakin Fələstin xalqının narazılığı HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz. Və bu dəhşətli hücumlar da Fələstinin kollektiv cəzalandırılmasına haqq qazandıra bilməz. Hətta müharibənin də öz qaydaları var", - baş katib vurğulayıb.

O, Qəzzanın bombalanması nəticəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərqdəki ən azı 35 əməkdaşının həlak olması ilə bağlı başsağlığı verib.
 

Teqlər:

"Quterre\u015f H\u018fMAS-\u0131n h\u00fccumlar\u0131n\u0131 pisl\u0259yib"

Əlaqəli Xəbərlər