Menyu

ABŞ İrana xəbərdarlıq edib

ABŞ İrana xəbərdarlıq edib

"Birləşmiş Ştatlar lazım gələrsə, İrana qarşı "tez və qəti" hərəkət etməyə hazırdır". 

"Operativ Media" xəbər verir ki, bu xəbərdarlığı ABŞ-nin dövlət katibi Antoni Blinken BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq münaqişə zonasında vəziyyətin pisləşməsi ilə bağlı keçirilən iclasında edib.

"İcazə verin bir şey qeyd edim. Bunu ardıcıl olaraq digər kanallar vasitəsilə İran rəsmilərinə demişik: Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır, biz bu müharibənin genişlənməsini istəmirik. Lakin İran və ya onun vasitəsilə fəaliyyət göstərən qruplar digər ölkələrdə ABŞ personalına hücum edərsə, biz xalqımızı qoruyacağıq, təhlükəsizliyimizi qoruyacağıq. Tez və qətiyyətlə cavab verəcəyik. Bu barədə səhv etməyin", - Blinken bildirib. 

Teqlər:

"AB\u015e \u0130rana x\u0259b\u0259rdarl\u0131q edib"

Əlaqəli Xəbərlər