Menyu

Blinken: İsrail mülki insanları qorumaq üçün hər cür tədbir görməlidir

Blinken: İsrail mülki insanları qorumaq üçün hər cür tədbir görməlidir

"İsrail fələstinli mülki vətəndaşları qorumaq üçün bütün tədbirləri görməli, həmçinin Qəzza zolağına su, qida və dərman çatdırılmalıdır". 

"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyətlə bağlı iclasında çıxışı zamanı deyib.

"İsrail mülki şəxslərə zərər verməmək üçün hər cür tədbir görməlidir. Bu, Qəzzaya və ehtiyacı olan insanlara ərzaq, su, dərman və digər humanitar yardımların çatdırılmasını təmin etmək deməkdir", - Blinken bildirib.

Blinken həmçinin hesab edir ki, mülki əhalinin Qəzza zolağından çıxarılması üçün humanitar atəşkəs elan edilməsi ehtimalı nəzərdən keçirilməlidir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər