Menyu

Rusiya Yaxın Şərqlə bağlı yeni bəyanat yayımlayıb

Rusiya Yaxın Şərqlə bağlı yeni bəyanat yayımlayıb

Rusiya Federasiyasının Yaxın Şərqlə bağlı yeni qətnamə layihəsi yayımlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bütün tərəflərin riayət edəcəyi təcili, davamlı humanitar atəşkəs tələb olunur", - qətnamənin mətnində deyilir.

Layihədə həmçinin aşağıdakılar qeyd edilib:

-Qəzzaya yanacaq daxil olmaqla, zəruri malların maneəsiz çatdırılmasına çağırış;

-Qəzza zolağının münaqişədən təsirlənmiş bütün ərazilərinə sürətli, təhlükəsiz və maneəsiz çıxışı təmin etmək üçün humanitar dəhlizlərin yaradılmasına çağırış;

-Bütün tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırış;

-Bütün girovların dərhal azad edilməsinə çağırış;

-İsrailin Qəzza zolağının sakinlərini anklavın cənubuna evakuasiya etmək əmrini ləğv etmək təklifi;

-Yaxın Şərqdə böhranın böyüməsinin qarşısını almaq çağırışı;

-HƏMAS-ın İsraildə hücumunu və girov götürməsini pisləmək;

-Yaralanan İsrailli mülki şəxslərə və digər mülki şəxslərə, eləcə də həlak olanların yaxınlarına rəğbət və başsağlığı vermək.

Teqlər:

"Rusiya Yax\u0131n \u015e\u0259rql\u0259 ba\u011fl\u0131 yeni b\u0259yanat yay\u0131mlay\u0131b"

Əlaqəli Xəbərlər