Makron: Fələstin dövlətinin yaradılması sülhün şərtidir
"Fələstin-İsrail münaqişəsinin həlli Fələstin xalqının öz dövlətini qurmaq hüququnu tanımadan mümkün deyil".
"Operativ Media" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ramallahda Fələstin lideri Mahmud Abbasla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
"Fransanın mövqeyi iki dövlətin birgəyaşayışını təmin etməkdir. Fələstin xalqının öz ərazisi və dövləti üzərində qanuni haqqı tanınmadan davamlı sülh mümkün deyil", - Makron qeyd edib.
Onun sözlərinə görə, sülh həmçinin Fələstin xalqı və onların hakimiyyət orqanları tərəfindən İsrail dövlətini və onun təhlükəsiz yaşamaq hüququnu tanımadan qeyri-mümkündür.