Pentaqon: ABŞ və koalisiya qüvvələrinə bir həftə ərzində 13 dəfə hücum edilib
Oktyabrın 17-dən oktyabrın 24-dək ABŞ və koalisiya qüvvələri İraqda 10, Suriyada isə 3 dəfə hücuma məruz qalıb.
"Operativ Media" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder deyib.
Rayder məlumatların ilkin olduğunu vurğulayaraq, "17 oktyabr və 24 oktyabr tarixləri arasında ABŞ və koalisiya qüvvələri İraqda ən azı 10, Suriyada isə üç dəfə pilotsuz vasitələr və raketlərlə hücuma məruz qalıb", - deyə bildirib.
Pentaqonun mətbuat katibi bu hücumlarda neçə nəfərin yaralandığını dəqiqləşdirməkdən imtina edib.