Türkiyə Fələstin üçün qarant ölkə ola bilər - Ərdoğan
Türkiyə İsrail-Fələstin münaqişəsinin tənzimlənməsində Fələstin üçün qarant ölkə kimi çıxış edə bilər.
"Operativ Media" xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışında deyib.
Türkiyə lideri münaqişənin həlli üçün beynəlxalq sülh konfransı çağırmağı təklif edib.
"Münaqişənin həllində Fələstin üçün qarant ölkə kimi çıxış etməyə hazırıq. Həmçinin, bütün nüfuzlu aktorların iştirakı ilə İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi üzrə beynəlxalq sülh konfransı çağırmağı təklif edirik", - o deyib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Teqlər:
"T\u00fcrkiy\u0259 F\u0259l\u0259stin \u00fc\u00e7\u00fcn qarant \u00f6lk\u0259 ola bil\u0259r - \u018frdo\u011fan"