Makron: Fransa donanmasının gəmisi dəstək məqsədilə Qəzza sahillərinə gələcək
Fransa Fələstin anklavındakı tibb müəssisələrinə yardım göstərmək üçün öz gəmisini Qəzza zolağının sahillərinə göndərəcək.
"Operativ Media" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirdiyi mətbuat konfransında deyib.
"Burada bildirmək istərdim ki, donanmamıza aid bir gəmi göndərmək qərarına gəldim. Bu gəmi mümkün qədər tez gələcək və Qəzza zolağındakı xəstəxanalara dəstək olacaq. O, yaxın 48 saat ərzində Tulonu tərk edəcək", - Makron bildirib.
Teqlər:
"Makron: Fransa donanmas\u0131n\u0131n g\u0259misi d\u0259st\u0259k m\u0259qs\u0259dil\u0259 Q\u0259zza sahill\u0259rin\u0259 g\u0259l\u0259c\u0259k"