Yaxın Şərqdə münaqişə zamanı həlak olan fransızların sayı 30-u ötüb
Oktyabrın 7-də HƏMAS qruplaşmasının İsrail şəhərlərinə hücumundan sonra Fransa hakimiyyəti 31 fransızın öldüyünü təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə keçirdiyi mətbuat konfransında deyib.
O, HƏMAS-ın hücumunun nəticələrinə toxunub: "İndiyə qədər 31 soydaşımız həlak olub".
Onun sözlərinə görə, Qəzza zolağında ümumilikdə 200-dən çox girov saxlanılır, onların arasında 9-a qədər fransız da ola bilər. Makron girovları azad etmək üçün Qətərə vasitəçilik səylərinə görə təşəkkür edib.
Makron vurğulayıb ki, milliyyətindən asılı olmayaraq bütün girovlar azad edilməlidir.
Teqlər:
"Yax\u0131n \u015e\u0259rqd\u0259 m\u00fcnaqi\u015f\u0259 zaman\u0131 h\u0259lak olan frans\u0131zlar\u0131n say\u0131 30-u \u00f6t\u00fcb"