KİV: İsrail quru əməliyyatını müvəqqəti təxirə salır
İsrail ABŞ-nin Yaxın Şərqə əlavə raketdən müdafiə sistemləri ötürməsi üçün quru əməliyyatının başlanmasını müvəqqəti təxirə salmağa razılaşıb.
"Operativ Media" xəbər verir ki, bu barədə mənbələriə istinadən "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, Vaşinqton İraq, Suriya, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki Amerika qoşunlarını qorumaq üçün Yaxın Şərqə 10-a yaxın hava hücumundan müdafiə sistemi göndərmək niyyətindədir. İsrail hakimiyyəti ABŞ-nin bu sistemləri yerləşdirməsini gözləməyə razılaşıb. Əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinin bu həftə başa çatdırılması gözlənilir.
Amerika administrasiyasının nümayəndələrinin nəşrə verdiyi məlumata görə, Vaşinqtonda hesab edirlər ki, quru əməliyyatı başlayandan sonra ABŞ Silahlı Qüvvələri regionda müxtəlif silahlı qrupların hücumlarına məruz qalacaq.
Ötən həftə ABŞ-nin İraq və Suriyadakı bazalarına pilotsuz vasitələrin hücumu nəticəsində 20-dən çox ABŞ hərbçisinin yaralandığı əvvəl bildirilmişdi. Ümumilikdə oktyabrın 17-dən oktyabrın 24-dək ABŞ və koalisiya qüvvələri İraqda 10, Suriyada isə 3 dəfə hücuma məruz qalıb.
Teqlər:
"K\u0130V: \u0130srail quru \u0259m\u0259liyyat\u0131n\u0131 m\u00fcv\u0259qq\u0259ti t\u0259xir\u0259 sal\u0131r"