Bayden: İrana hücumlara cavab verməyə hazır olduğumuzu bildirmişəm
"İran İslam Respublikası onun dəstəklədiyi qrupların Yaxın Şərqdəki ABŞ əsgərlərinə hücumlarının davam edəcəyi təqdirdə bizim mümkün cavabımıza hazır olmalıdır".
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə aparılan danışıqlardan sonra Avstraliyanın baş naziri Antoni Albanese ilə birgə mətbuat konfransında bildirib.
"Mənim İran lideri Ayətullah Əli Xamneyiyə xəbərdarlığım ondan ibarət idi ki, əgər onlar bizim hərbi qüvvələrimizə qarşı fəaliyyətlərini davam etdirsələr, biz cavab verəcəyik. O, hazır olmalıdır", - Amerika lideri bildirib.
Teqlər:
"Bayden: \u0130rana h\u00fccumlara cavab verm\u0259y\u0259 haz\u0131r oldu\u011fumuzu bildirmi\u015f\u0259m"