Menyu

ABŞ-dəki atışma ilə bağlı yeni DETALLAR

ABŞ-dəki atışma ilə bağlı yeni DETALLAR

ABŞ-nin Meyn ştatının Lyuiston şəhərində 22 nəfərin ölümü, ən azı 60 nəfərin yaralanması ilə nəticələnən atışmanın təfərrüatı məlum olub.

"Operativ Media" xəbər verir ki, Meyn ştatının polisi hadisə ilə bağlı brifinq keçirib.

Hadisəni törədən şəxsin Robert Kart adlı hərbidə xidmət etmiş və odlu silah təlimatçısı kimi fəaliyyət göstərmiş şəxs olduğu müəyyən edilib.

Mənbələr Robert Kartın psixi problemləri olduğunu və bu yay psixoloji reabilitasiya mərkəzində 2 həftə müalicə aldığını deyib.

 

Bir qədər əvvəl isə atışmanı törədən şəxsin idarə etdiyi ağ rəngli "Subaru" markalı avtomobil Lyuiston yaxınlığındakı Lisbon şəhəri yaxınlığında aşkarlanıb. Şəhər rəsmiləri bütün idarələrin bağlandığını bildirib, əhaliyə evlərində qalmaları barədə xəbərdarlıq edib.

Həmçinin, hadisənin baş verdiyi Lyuiston şəhərində də kitabxanaların bağlanacağı və bütün tədbirlərin təxirə salınacağı deyilib.

Qeyd edək ki, ABŞ-nin Silah Zorakılığı Arxivinə əsasən, bu hadisə ölkədə 2023-cü il ərzində törədilmiş 565-ci kütləvi atışma olmaqla 31-ci kütləvi qətl hadisəsidir.

Teqlər:

"AB\u015e-d\u0259ki at\u0131\u015fma il\u0259 ba\u011fl\u0131 yeni DETALLAR"

Əlaqəli Xəbərlər