Menyu

ÇXR Filippinə nota verib

ÇXR Filippinə nota verib

"Rəsmi Pekin Filippindən Cənubi Çin dənizində təxribat xarakterli hərəkətləri dayandırmağı və Çinin suverenliyinə hörmət etməyi tələb edir". 

"Operativ Media" xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian bildirib.

"Çin Filippin tərəfindən Çinin suverenliyini pozmağı dayandırmağı və Cənubi Çin dənizində vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hər hansı qəsdən və təxribatçı hərəkətləri dayandırmağı tələb edir", - Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Vu Qian həmçinin ABŞ-ni Cənubi Çin dənizi məsələsinə müdaxiləni dayandırmağa və problemi şişirtməyə, regional sülh və sabitliyə zərbə vurmağa son qoymağa çağırıb.

O, Çin ordusunun ölkənin ərazi suverenliyini qətiyyətlə müdafiə edəcəyini və Çinin suverenliyi altında olan sularda fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Bundan əvvəl Cənubi Çin dənizində Çin dəniz polisinə aid gəmi ilə toqquşma nəticəsində Filippinin sahil mühafizə gəmisinə ziyan dəyib. 

Qeyd edək ki, Cənubi Çin dənizinin mübahisəli sularında vaxtaşırı Filippin və Çin gəmiləri arasında insidentlər baş verir.

Teqlər:

"\u00c7XR Filippin\u0259 nota verib"

Əlaqəli Xəbərlər