Menyu

İsveç və Norveç sərhədində ilk dəfə birgə polis bölməsi yaradılacaq

İsveç və Norveç sərhədində ilk dəfə birgə polis bölməsi yaradılacaq

İki Skandinaviya ölkəsinin sərhədində ilk dəfə İsveç-Norveç birgə polis bölməsi fəaliyyətə başlayacaq. 

"Operativ Media" xəbər verir ki, bu barədə İsveç Nazirlər Kabineti məlumat yayıb. 

Xidmətindən verilən məlumata görə, yeni polis bölməsinin vəzifəsi transsərhəd və beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaqdır.

Departament Oslo, Karlstad və Stokholm arasındakı xəttdə yerləşəcək ki, bu bölgədə ağır avtomobil və dəmir yolu nəqliyyatı, transsərhəd gediş-gəliş və transsərhəd ticarət daha aktivdir.

"Qərar İsveç və Norveç arasındakı sərhəddə birgə İsveç-Norveç polis idarəsinin yaradılmasına imkan verir. Bu, digər məsələlərlə yanaşı, transsərhəd cinayətkarlıqla mübarizəyə yönəlmiş Norveçlə sıx əməkdaşlığın mərkəzi hissəsi olacaq", - məlumatda qeyd edilib.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər