Menyu

Slovakiya Ukraynaya hərbi yardımı dayandıracaq

Slovakiya Ukraynaya hərbi yardımı dayandıracaq
1 dəq oxu

"Slovakiyadan Ukraynaya hərbi yardım dayandırılacaq".

"Operativ Media" xəbər verir ki, bunu Slovakiyada yeni qurulan hökumətin baş naziri Robert Fiko bildirib.

"Avropa Birliyi silah tədarükçüsündən vasitəçiyə keçməlidir", - o deyib.

Fiko Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxıb və Slovakiyaya zərər gəlmədikcə, Moskvaya qarşı heç bir sanksiyalara qatılmayacaqlarını bildirib.

Rusiya-Ukrayna müharibəsi ilə bağlı Fiko vurğulayıb ki, onların 10 il həll olunmamış münaqişə ilə məşğul olmaqdansa, 10 illik sülh danışıqlarında iştirak etməsi daha yaxşı olardı.

Əlaqəli Xəbərlər