İsrail ordusu: Qəzzada HƏMAS-ın daha üç komandiri zərərsizləşdirilib
İsrail hərbçiləri Qəzza zolağına hava zərbəsi endirib, HƏMAS təşkilatının hərbi strukturlarında rəhbər vəzifədə olan üç komandirini vurub.
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu komandirlər Qəzza şəhərində HƏMAS briqadasının tərkibində olan Daraj Tuffa batalyonunun sıralarında fəaliyyət göstəriblər. İsrail hərbçilərinin fikrincə, bu birlik HƏMAS döyüş hissələrinin strukturunda ən mühüm briqada hesab olunur.
Ordudan bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin zərərsizləşdirdiyi komandirlər İsrailə qarşı keçmiş hücumlarda iştirak ediblər: "Onlar oktyabrın 7-də İsrailə hücum hücum zamanı mühüm rol oynayıblar".
Teqlər:
"\u0130srail ordusu: Q\u0259zzada H\u018fMAS-\u0131n daha \u00fc\u00e7 komandiri z\u0259r\u0259rsizl\u0259\u015fdirilib"