Menyu

İsrail Qəzzada quru əməliyyatına başlayacaq

İsrail Qəzzada quru əməliyyatına başlayacaq

İsrail ABŞ-dən raketdən müdafiə sistemi aldıqdan sonra Qəzzada quru əməliyyatına başlamağı planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İsrail Qəzzada quru əməliyyatına başlamazdan əvvəl ABŞ-dən daha çox raketdən müdafiə sistemi almağı planlaşdırır.

Qəzetin digər mənbələri isə İsrail rəhbərliyinin əməliyyata başlamazdən əvvəl Qəzza zolağında silah qaçaqmalçılığının bütün kanallarını maksimum dərəcədə bağlamaq istədiyini bildirir.

 

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər