Fransada yaşayan yəhudilər Eyfel qülləsi önündə aksiya keçirib
Fransada yaşayan yəhudilər Eyfel qülləsi önündə aksiya keçirib.
"Operativ Media" xəbər verir ki, onlar otuza yaxın uşaq arabasını düzərək HAMAS-ın girovluğunda qalan insanlara, xüsusən də uşaqlara diqqət çəkiblər. Hər arabanın içində qaçırılan uşaqların böyüdülmüş fotoları yerləşdirilib. Bəzilərinin içərisinə isə oyuncaqlar yerləşdirilib. Aksiya iştirakçıları Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə girovların azadlığa buraxılacaqlarına ümid etdiklərini bildiriblər. Qeyd edək ki, HAMAS indiyə qədər 200-dən çox girovdan yalnız dördünü azadlığa buraxıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net