Hatayda zəlzələnin iki yerə böldüyü zeytun bağında məhsul yığımı başlayıb
Əsrin fəlakəti zamanı zəlzələnin ikiyə böldüyü 33 hektarlıq zeytun bağında məhsul yığımı başlayıb.
"Operativ Media" xəbər verir ki, bağı tən ortadan bölən fay xatti 300 metr enində boşluq yaradıb. Bu sahədə qalan yüzlərlə ağac isə məhv olub. Qeyd edək ki, bağın yalnız bir tərəfindən məhsul götürmək mümkündür. Digər tərəfə keçmək bağ sahibləri üçün riskli olduğundan onlar bələdiyədən yardım istəyib.