Şolts: Heç kim Fələstin-İsrail münaqişəsinə qarışmamalıdır
"Heç kim Fələstin-İsrail münaqişəsinə qarışmağa çalışmamalıdır".
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Brüsseldə Aİ liderlərinin iki günlük sammitindən sonra keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.
"Tamamilə aydın olmalıdır ki, heç kim bu münaqişəyə qarışmayacaq və heç bir eskalasiya olmayacaq. Avropa İttifaqı münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün bütün səyləri göstərməlidir. Siz qəbul edilmiş qərarlar haqqında bilirsiniz və onlar həqiqətən də çox dəyərlidir və biz bu qərarlara baxanda ümumi prioritetlərimizin nə olduğunu görürük", - kansler bildirib.
O əlavə edib ki, girovların azad edilməsi vacib məsələdir. Bundan əlavə, Şoltsun sözlərinə görə, Qəzzaya əhalinin təcili ehtiyacı olan humanitar yardımın çatdırılması lazımdır.
İspaniyanın Yaxın Şərqdə nizamlanma üzrə beynəlxalq sülh konfransı keçirmək təşəbbüsü ilə bağlı sualı cavablandıran Şolz qeyd edib: "Bu, yaxşı əlamətdir, çünki biz sülhə hazırlaşmaq üçün diplomatiyanın imkanlarından istifadə etməkdən danışırıq. Onu da qeyd etmək lazımdır ki, iş daha yüksək səviyyədə aparılmalıdır".
Teqlər:
"\u015eolts: He\u00e7 kim F\u0259l\u0259stin-\u0130srail m\u00fcnaqi\u015f\u0259sin\u0259 qar\u0131\u015fmamal\u0131d\u0131r"